31 May 2017 15:12
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Laricani səsvermə yolu ilə yenidən İran parlamentinin sədri vəzifəsinə seçilib.

Teleqraf.com İran mətbuatına istinadla xəbər verir ki, mayın 31-də keçirilən səsverməyə 268 deputat qatılıb.

Bu gün keçirilən səsvermədə Laricani 204 səs toplayaraq, yenidən daha 1 il müddətinə İslami Şura Məclisinə sədr seçilib. O, parlament sədrliyinə yeganə namizəd olub.

Həmin gün həmçinin, İran parlamentinin rəyasət heyətinin üzvlərinin təyin edilməsi üçün də səsvermə keçirilib. Səsvermədə təbrizli deputat Məsud Pezeşkian 179 səs toplayaraq, parlament sədrinin birinci müavini, deputat Əli Mütəhhəri isə lehinə verilən 173 səslə Laricaninin ikinci müavini vəzifəsinə seçilib.


Müəllif: Samir

Oxşar xəbərlər