Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ədalət yürüşünü şərh edərkən deyib.
“Bir dəfə ürəkdən şəhidləri anmayanlar terrorçular və onlara kömək edənlər üçün bütün dünyanı ayağa qaldırır. Məqsədinizin ədalət olduğuna heç kəsi inandıra bilməzsiniz. Ədaləti müdafiə etmirsiniz, zülmü ucaldırsınız”- deyə ölkə başçısı qeyd edib.