Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “İşğalçı ordu Azərbaycan ərazilərini tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq.
Niderland Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.
Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.