10 İyul 2017 14:05
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:12

İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Neft və qaz sənayesinin ən böyük və nüfuzlu tədbiri olan Dünya Neft Konqresi üç ildən bir keçirilir. İstanbulda "Enerji gələcəyimizə körpülər" devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.
Konqresin əsas təşkilatçısı olan Dünya Neft Şurası 1933-cü ildə yaradılıb. Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnoloji və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

***

Prezident İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və 22-ci Dünya Neft Konqresində iştirak edən digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər