10 İyul 2017 19:59
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri başa çatıb.

Teleqraf.com-un Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini Türkiyənin rəsmi şəxsləri yola salıb.


Müəllif: Teleqraf.com