12 İyul 2017 11:28
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ ilə mübarizədə Azərbaycan Türkiyəyə dəstək verən ölkələrin başında dayanır. Təəssüf ki, bəzi ölkələr FETÖ-yə qucaq açır. Terrorçuları qoruyanlar anlamır ki, qoruduqları bir gün onları da zəhərləyən ilana, şeytana çevriləcək. Ötən il iyulun 15-də hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizə dəstək verənlərdən biri cənab İlham Əliyev olub. Azərbaycan prezidentinə və xalqına bu dəstəyə görə təşəkkürümüzü bildiririk.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral FETÖ terror təşkilatının ötən il iyulun 15-də hərbi çevrilişə cəhd etməsinin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terorçularla mübarizədə Azərbaycanı Türkiyənin yanında gördüyü üçün özünü xoşbəxt hiss edir.

Səfir Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində azyaşlı körpənin və nənəsinin ölümü ilə əlaqədar başsağlığı da verib. Diplomat Ermənistanın bu hərəkətlərini qətiyyətlə pislədiyini dilə gətirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər