Teleqraf.com xəbər verir ki, bəyanatda Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardığı bildirilib.
Görüşdə nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib.
Tərəflər həmçinin, görüş zamanı qarşıdurma xəttində son durumu da müzakirə ediblər.