Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov "Ria Novosti" agentliyinə müsahibəsində deyib.
Məmmədyarov müsahibə zamanı iyulun 11-də ermənistanlı həmkarı Edvard Nalbəndyanla Brüsseldə keçirdiyi görüşündən də bəhs edib:
"Həmin görüşdə ölkə başçıları səviyyəsində görüşün təşkili təklif olundu. XİN rəhbərləri bu məsələni dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüş münaqişənin həllində vacib elementdir. Ancaq bu görüşlər görüş xatirinə keçirilməməlidir".