Bunu Teleqraf.com-a son zamanlar cəbhədə erməni təxribatlarının artmasının səbəblərini şərh edən hərbçi ekspert Azad İsazadə deyib.
Onun fikrincə, hazırda praktiki olaraq Ermənistan sülh danışıqları prosesindən çıxıb: “Danışıqlar prosesini bərpa etmək niyyətində də deyil. Əvvəllər erməni tərəfi danışıqlar prosesini imitasiya edirdi və bu səbəbdən də nəticə olmurdu. İndi isə praktiki olaraq danışıq prosesindən imtina edir. Əvəzində çalışır ki, cəbhədə yaratdığı gərginliklər nəticəsində beynəxlalq təşkilatlar ondan sakit durmasını xahiş etsinlər. Bunun da əvəzinə erməni tərəfi nəsə əldə etsin. Unutmayaq ki, danışıqlar prosesi faktiki gəlib o həddə çatıb ki, Ermənistan işğal etdiyi torpaqları azad etməlidir. Əvvəl Dağlıq Qarabağdan kənar işğal edilən torpaqları azad etməlidir, sonra isə Dağlıq Qarabağ haqqında danışıqlar başlamalıdır. İrəvan bu torpaqları azad etmək niyyətində olmadığı üçün praktiki olaraq daqnışıqlar prosesindən çıxıb və sülh prosesini özünə sərf etdiyi kimiaparmaq üçün cəbhədə daima gərginlik yaradır”.
Azad İsazadə əlavə edib ki, cəbədə risq hər zaman var: “Hərbçilər onsuz da cəbhədə hər saatı risqli hesab edirlər. Sadəcə olaraq indi bu risq bir qədər çoxalıb və səbəbi də erməni tərəfidir. Bu mənada biz həmişə hazır və ehtiyatlı olmalıyıq. Ancaq hesab edirəm ki, erməni rəhbərliyi ordumuzun zərbə gücünü hiss edib. Odur ki, cəbhədə gərginlik artacaqsa, bunun ən çox ziyanını erməni tərəfi görəcək”.