11 Avqust 2017 15:23
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb kimi Vaşinqton ilə Pxenyan arasında gərginliyin artması göstərilib.

Tərəflər biri-birilərini raket zərbələri ilə təhdid ediblər.

Məsələ ilə bağlı Federasiya Şurasının üzvü Viktor Ozerov məlumat verib. Onun sözlərinə görə, buna Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsi qərar verib:

“Uzaq şərqdə yerləşən hərbi hava qüvvələri və quru qoşunları hazırlıq vəziyyətinə gətirilib. Şimali Koreya ətrafında baş verən gərginlik Moskva rəhbərliyində narahatlığa səbəb olub. Sərhədlərimiz daxilində təhlükəsizliyi təmin etmək məqsədi ilə belə bir qərar verilib. Məsələni yaxından izləyirik”.

Qeyd edək ki, ABŞ ballistik raket sınaqlarına görə Şimali Koreyaya yönəlik sanksiyaları genişləndirib.

Şimali Koreya lideri Kim Çen İn isə buna cavab olaraq ABŞ-ın Quam adasındakı bazasına raket zərbələri endirəcəyini bildirib.

Yaponiya və Cənubi Koreya Quam adasına hücum ediləcəyi təqdirdə cavab zərbələri endirəcəklərini açıqlayıb.


Müəllif: Samir