15 Avqust 2017 13:46
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran Vaşinqtonun İrana yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə nüvə razılaşması sazişini dərhal pozacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla İran Prezidenti Həsən Ruhani çıxış edib.

“Əgər onlar (ABŞ nəzərdə tutulur) əvvəlki metodlarla (sanksiyalarla) hərəkət etmək istəsələr, o zaman biz qısa zamanda – bir neçə həftə və ya ay ərzində yox, bir neçə gün və saat ərzində əvvəlki vəziyyətə qayıdacağıq (nüvə razılaşmasından əvvəlki vəziyyət nəzərdə tutulur)”, - deyə AFP agentliyi Ruhaninin sözlərindən sitat gətirib.

Qeyd edək ki, 2015-ci il iyunun 14-də İranla “Altılıq” ölkələri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) arasında İranın nüvə proqramına dair razılaşma əldə olunub. Planın reallaşdırılmasına 16 yanvar 2016-cı ildən başlanılıb. Plan İrana qarşı sanksiyaların tədricən aradan qaldırlmasını nəzərdə tutur. Rəsmi Tehran isə nüvə fəaliyyətini məhdudlaşdırmağa, onu beynəlxalq nəzarət altında həyata keçirməyə razılaşıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər