18 Avqust 2017 09:20
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı sanksiyalar Ermənistana da təsir edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan danışıb.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan Ermənistana sanskiyalar təsirsiz ötüşməyəcək.

Çin və İranla münasibətlərin inkişafı ilə bağlı şərh verən politoloq deyib ki, Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü nəzərə alsaq, təkbaşına qərar qəbul edə bilmir: “Çin və İranla münasibətləri inkişaf etdirmək üçün niyə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq lazım idi? Bunu onsuz da inkişaf etdirmək mümkün idi”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər