12:00
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısına start verilib.
Teleqraf.com xəbər verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında media üçün qapalı keçirilən üçtərəfli görüşdə siyasi, iqtisadi və digər sahələrdə məsələlər müzakirə olunacaq. Görüş zamanı regional, beynəlxalq məsələlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi nəzərdə tutulub.
Görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.
Görüşdən sonra hər üç nazir birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.
***
12:30
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı başa çatıb.
Teleqraf.com xəbər verir ki, toplantı çərçivəsində “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb.
Nazirlər görüşün yekununa dair birgə Bəyannamə qəbul ediblər.
***
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan XİN rəhbəri Mixail Canelidze razılığa gəlib.
Qərar nazirlərin VI üçtərəfli görüşündəki Bakı Bəyannaməsində qəbul edilib.