14 Sentyabr 2017 14:14
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik gündəlik fəaliyyətlə məşğuluq, işimizi görürük. Xüsusi bir proses yoxdur. Müxalifət qüvvələri arasında həmrəylik və ya yaxınlaşma haqda pozitiv fikir demək hələ tezdir.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsinin durumunu qiymətləndirərkən deyib.

Partiya sədri bildirib ki, müxalifət partiyaları arasında yeni görüşlər və müzakirələr yoxdur: “Bunun üçün təklif olmalıdır. Biz tərəfdən belə təklif yoxdur. Digər partiyalar da bununla bağlı təşəbbüs göstərmir. Əslində belə görüşlər üçün ilk növbədə istək və meyl olmalıdır. Nə istək var, nə də meyl”.


Müəllif: Cavad

Oxşar xəbərlər