19 Sentyabr 2017 12:50
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi partiya 2030-cu ildə hakimiyyəti təhvil verəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, 2031-ci ildə keçirilən seçkilərdə isə Vahid Rusiya Partiyası qələbə qazanacaq:

“2018-ci ildə Putin qələbə qazanacaq. 2024-cü ildə hakimiyyəti Dmitri Medvedyevə təhvil verəcək və 2030-cu ildə onların hökmranlığı sona çatacaq. Mən bunu 10 il əvvəldən bilirdim. Hələ 12 il gözləməliyik”.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər