ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 72-ci iclasındakı çıxışına Şimali Koreyanın Xarici İşlər naziri Ri Yonq-Ho münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yerli telekanallardan birinə açıqlamasında çox sərt ifadələrdən istifadə edib:
“Belə deyim var: İt hürər, karvan keçər. Əgər Tramp bizi hürməklə qorxudacağını düşünürsə, səhv edir”.
Qeyd edək ki, ABŞ prezidenti çıxışı zamanı Şimali Koreyanı yox edə biləcəklərini açıqlayıb.