Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".