Türkiyə və Almaniya xarici işlər nazirləri arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Almaniya xarici işlər naziri Siğmar Qabriel Antalyada bir araya gəlib.
Görüşdə Almaniya-Türkiyə münasibətləri və tərəflərin bir-birindən gözləntiləri müzakirə edilib.
Qeyd edək ki, hazırda Ankara-Berlin münasibətləri soyuqdur. Buna səbəb tərəflərin bir-birinə sərt mövqe sərgiləməsi və Berlinin Türkiyə-Avropa İttifaqı münasibətlərini pozmağa çalışmasıdır.