7 Noyabr 2017 16:12
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırımın ABŞ vitse-prezidenti Mayk Pens ilə Vaşinqtonda planlaşdırılan görüşü təxirə salınıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Vaşinqtondan olan diplomatik mənbə məlumat verib.

Bildirilib ki, görüş Vaşinqton vaxtı ilə noyabrın 7-də baş tutmalı idi. Ancaq Vaşinqton tərəfi Yıldırımın ABŞ-a yola düşməsindən bir neçə saat sonra Ankaraya zəng edib və görüşün noyabrın 9-na keçirilməsini istəyib. Buna səbəb Asiyada səfərdə olan ABŞ Prezidenti Donald Trampın Pensdən Texasda 26 nəfərin ölümünə səbəb olan teraktın baş verdiyi kilsəyə baş çəkməsini istəməsi olub.


Müəllif: Samir

Oxşar xəbərlər