8 Noyabr 2017 16:40
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Maral Akşənər tərəfindən qurulan İyi Partiyadan ilk istefa xəbəri gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, partiyanın Qocaeli üzrə nümayəndəsi Haluk Ulusoy istefa verib.

Ulusoy məsələ ilə bağlı açıqlama verib. O, istefasına səbəb kimi səhhətində yaranmış problemi göstərib.

Qeyd edək ki, Ulusoyun vəzifəyə təyin edilməzdən əvvəl Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya yazdığı mesajı yayılmışdı: “Baxçalı, Allah bir an əvvəl sənin halvanı yeməyi biz nəsib etsin”.


Müəllif: Samir

Oxşar xəbərlər