10 Noyabr 2017 18:59
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatik Observer” jurnalının noyabr sayında Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Məqalədə Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Prezidenti İlham Əliyevin “Artıq diplomatik üstünlük bizim tərəfdədir” sözlərinə yer verərək Serj Sərkisyanla Cenevrə görüşündə Ermənistanın heç bir şərt irəli sürmədən 16 ay sonra danışıqlar masasına oturmasının çox önəmli olduğunu qeyd edib. Məqalədə, Minsk Qrupunun yürütdüyü siyasət nəticəsində hələ də Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın həyatı yaşadığı halda Qarabağa ermənilərin yerləşdirilərək demoqrafik vəziyyəti dəyişdirməyə cəhd göstərildiyi vurğulanır.

Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən müəllif hər iki ölkə ictimaiyyətinin də bir-birini çox yaxşı anladığını bildirir. Yazıda Azərbaycanın Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” komandasının azarkeşləri ilə bağlı Mevlut Tezel adlı türk jurnalistin “Sabah” qəzetindəki yazısı da sərt tənqid olunub.

Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə siyasətini yürütdüyünü söyləyən A.G.Babiş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT Təhlükəsizlik Şurası ilə bağlı dediyi “Dünya beşdən böyükdər” sözlərini Minsk qrupuna şamil edərək “Qarabağ Minsk qrupundan böyükdür” yazır:

“Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasətini davam etdirməkdədir”.

Müəllif hesab edir ki, Qarabağ münaqişəsinin həlli passivliyi göz önündə olan Minsk qrupuna həvalə edilməməli və ya Minsk qrupunun strukturu dəyişdirilməlidir.

Məqalə ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

www.turksam.org


Müəllif: Səxavət

Oxşar xəbərlər