20 Noyabr 2017 15:55
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:25

Bu gün Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə beynəlxalq forum keçirilir.

Bu barədə musavat.com -a Forumun işində iştirak edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu məlumat verib.

O deyib ki, forum "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlanır. Forumun statusu beynəlxalq statusdadır. Forumun işində dünyaca tanınan ünlü siyasətçilər, dövlət və ictimai xadimlər, böyük media quruluşlarının təmsilçiləri, müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən diaspor rəhbərləri, Bakıdan gələn dövlət və ictimaiyyət təmsilçiləri var:

"Əslində bu, möhtəşəm Qarabağ Forumudur. Avropanın paytaxtı sayılan Brüsseldə belə bir tədbir düzənləmək, oraya dünyanın hər yerindən nümayəndə toplamaq və bir çox tanınmış simaları bu Forumda iştirakçı etmək Azərbaycanın böyük uğurudur. Ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu Forumdan böyük ruh və kurs alacaqlar, buna əminəm. Azərbaycan Prezident Administrasiyasının şöbə müdüri, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun, digər dövlət yetkililərinin qatıldıqları və rəhbərlik etdikləri Forum dünyaya, dost -düşmənlərimizə və Azərbaycanın Avropadakı, digər ölkələrdəki gücü olan diasporamıza ciddi mesajdır. Forum Brüsselin tam qəlbində, "Marriott" hoteldə keçirilir. Mən müşahidə etdim ki, Forumun təhlükəsizliyi Brüssel tərəfindən yüksək səviyyədə təmin edilib. Bakıda belə səhnələrə alışmamışıq, lakin Brüsseldə bizim otelin çevrəsini silahlı əsgərlərin qoruması olduqca maraqlı görünürdü".

Musavat.com bildirir ki, Forum işinə Bakı vaxtı ilə saat 1-də start verib.

"Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq Forumun açılış mərasimini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həyata keçirib.

Proqrama görə I Panelin iclası "Yeni dünya düzənində separatizm dalğası. Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi" adlanır.

İclasın moderatoru Francis Martin O’Donnelldir. Musavat.com bildirir ki, o, Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, BMT-nin Ukraynada rezident əlaqələndiricisi, səfir olub(2004-2009).

Spikerlər də olduqca maraqlı simalardır:

Viktor Yuşenko, Ukraynanın Prezidenti (2005-2010);

Dalia Itzik, İsrail dövlətinin Prezidenti (2007) və İsrail parlamentinin spikeri (2006);

Dumitru Bragiş, Moldova Respublikasının Baş naziri (1999-2001);

Hasan Muratoviç, Bosniya və Herseqovinanın baş naziri (1996-1997);

Jesús López-Medel Báscones, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü;

Robert İlatov, İsrail Parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri;

Antje Herrberg, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru.

***

Prezidentin köməkçisi Ə.Həsənov öz bildirib ki, bugünkü forum müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunub. Azərbaycan hökuməti adından mövzu ilə bağlı fikirlərini bölüşmək istədiyini deyən PA rəsmisinin sözlərinə görə, Avropa Birliyi, Şimali Afrika, Orta Şərq və Cənubi-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakrələrin aparılması mühüm əhəmiyyət daşıyır. Etnik separatizm nəticəsində yaranan münqaişələrin 20-dən çoxunun hərbi toqquşmalarla müşahidə olunduğunu vurğulayan Ə.Həsənov bununla bağlı nümunələri də sadaladı: “Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Briyaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerariyası və Korsika, İspaniya lbasklar və Kataloniya, Serbiya ilə Kosova. Asiyada İsraillə Fələsin. Çində Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya ilə etnik münaqişələr uzun illərdir bəşıriyyəti təhdid etməkdədir. Soyuq müharibələrin başa çatmasından sonra SSRİ məkanında etnik separatizm meyllərinin yeni dalğası meydana gəlməkdədir. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqiçələr regionun sabitliyini hər an poza biləcək potensilal təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardıı. Bu gün BMT, ATƏT və AŞ kimi nüfuzlu təşkilatların beynəlxalıq separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biri hesab olunur”.

***

2005-2010-cu illərdə Ukraynanın prezidenti olmuş Viktor Yuşenko isə çıxışında dünya üzərində baş verən əksər dini-etnik münaqişələrin aqressoru olaraq Rusiyanın adını çəkdi. Onun sözlərinə görə, bu bölgələrin hər birində Rusiyanın hərbi bazaları yerləşir: “Ukrayna unitar ölkədir. Burda heç vaxt vətəndaş müharibəsi olmayıb. Bizdə elə bir partiya olmayıb ki, ölkənin xüsusi bir ərazisini ayrıca bir dövlətə çevirməyi təklif etsinlər”.

O, eyni zamanda münaqişə bölgələrindəki durumu təhlil edərək, ondan çıxış yolları barədə danışdı. Onun dediyinə görə, biz dünya üzrə simmetrik təhlükəsizlik siyasətini itirdiyimiz gün bir çox itkilərimizin də başlanğıcı olub: “Marqaret Tetçer vaxtilə deyirdi ki, “əgər siz təhlükəsizliklə bağlı suala cavab verə bilmirsizsə, deməli, heç bir suala cavab verə bilmirsiz”.

***

Bosnya və Herseqovinanın 1996-97-dəki baş naziri olmuş Hasan Muratoviç separatizmin dünya ölkələrinə vurduğu ziyan barədə danışdı. Çıxışçı bildirdi ki, separatizm təkcə onun baş verdiyi ərazilərdə yox, eyni zamanda ora gələn insanların həyatında da öz dərin izlərini qoyur. Onun sözlərinə görə, problem qlobal miqyasda həllini tapmadıqca bundan milyonlarla insan əziyyət çəkəcək və tarix bu itkili səhifələrlə zəngin olacaq.

Forumda çıxış edən siyasi şərhçi Azər Həsrət isə bildirdi ki, diqqət çəkmək istədiyi əsas məsələ erməni separatizmi, erməni bölücülüyüdür: “Bu, sadəcə olaraq ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsündə, torpaq iddiasında bulunurlar. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Bu günün özündə də bölücü Abxaziyanın özünün yarıdan çoxu ermənilərdən təşkil olunur. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər