Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram”.