ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “17-25 dekabr tələsini Amerikada qurdular” sözlərinə münasibət bildirib.
Teleqraf.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb.
Jurnalistin “ABŞ Türkiyəyə tələ qurur” sualına Noyert belə cavab verib: “Biz bu cür nağılları Türkiyədən əvvəllər də eşitmişik: Eyni mahnı, eyni rəqs… Bu iddialar çox gülüncdür”.
Departament sözçüsü Türkiyənin NATO-nun və ABŞ-ın güclü müttəfiqi olduğunu bildirib:
“Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur”.
Qeyd edək ki, 2013-çü il dekabrın 17-25-də İstanbul Baş Prokurorluğu "Korrupsiya əməliyyatı” keçirilmiş, başda Ərdoğanın oğlu Bilal Ərdoğan olmaqla, bir sıra nazirlər və onların övladları rüşvətxorluqda təqsirləndirilmişdi. Sonradan bu əməliyyatın Fətullah Gülənin hakimiyyətdə olan adamlarının tapşırığı ilə keçirildiyi aydın oldu.