Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başa çatıb.
Teleqraf.com xəbər verir ki, toplantıda Suriya Milli Dialoq Konqresinin keçirilməsi barədə qərar qəbul olunub.
Sammitdən sonra hər üç ölkənin prezidenti mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.