ABŞ Dövlət Departamenti Şimali Koreyanın qitələrarası ballistik raket təcrübələrini pisləyən bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti bu təcrübələrin təhdid halına gəldiyini və problemin sülh yolu ilə həllinə mane olduğunu bəyan edib.
Açıqlamada Şimali Koreyanın qitələrarası raket təcrübəsinin bu ölkənin qonşularına, bölgəyə və beynəlxalq sabitliyə təhdid olduğu vurğulanır.
Dövlət Departamenti Şimali Koreyanın nüvə silahı təcrübələrinə son qoymasını, beynəlxalq birliyin Pxenyana kütləvi silah proqramını dayandırmaqla bağlı çağırışlar etməsini vacib sayır.
Dünya ölkələrinin Şimali Koreyaya qarşı BMT sanksiyalarına uyğun olaraq iqtisadi və dilomatik tədbirlər almalarının vacibliyi qeyd edilən bəyanatda bildirilir ki, beynəlxalq toplumun güvənini artırmaq üçün yeni addımlar atılmalıdır.
ABŞ BMT-yə toplantı keçirmək çağırışı edərək beynəlxalq aləmin Şimali Koreyanın təhdidlərinə necə qarşılıq verməyin yollarının müzakirə edilməsinin əhəmiyyətini də qeyd edib.
Diplomatik həll yolunun hələ də mümkün olduğu qeyd edilən bəyanatda ABŞ Şimali Koreyanı nüvə proqramlarına son verməyə və təhdid hərəkətlərini dayandırmağa, sülh yolu axtarmağa dəvət edib.