Dekabrın 6-da həm ATƏT-in Minsk Qrupunun həmsədri, həm də Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcəyəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu görüşə razılıq verib:
"Biz həmişə vurğulayırıq ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlərin bu istiqamətdə danışıqları davam etdirəcəyi gözlənilir”.