Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-dən 6-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, tədbirə Avropa İttifaqına üzv və namizəd ölkələrin, habelə, “Şərq Tərəfdaşlığı”nın, Avropa Parlamentinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qatılacaq.
Konfrans “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusuna həsr olunub.
Yığıncaqda Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.
Milli Məclisin komitə sədri müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.