ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian Vyanada ATƏT-in Nazirlər Şurasının iclasında deyib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin nizama salınması üzrə səylərini dəstəkləyir.
"Biz Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin dekabrın 6-da keçirilmiş görüşünü və Minsk Qrupu ölkələrinin həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatını alqışlayırıq. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşməsi ilə bağlı razılaşmalarından məmnunuq", - deyə Kamian əlavə edib. (report)