11 Dekabr 2017 14:04
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə partiyada iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Milli Azadlıq Qərargahının (MAQ) 60 illiyinin qeyd olunması və ictimai-siyasi vəziyyət müzakirə olunub.

ALDP sədri Fuad Əliyev MAQ-ın yaranması barədə qısa arayış verdikdən sonra həmin təşkilatın 60 illiyini keçirilməsinin vacib olduğunu bildirib.

“Sovet imperiyasına qarşı yaranan bu təşkilat gizli şəkildə fəaliyyət göstərib. MAQ üzvləri Azərbaycanın müstəqilliyi üğrunda mübarizə aparıblar. Hesab edirəm ki, bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”, - Fuad Əliyev qeyd edib.

Toplantıda MAQ-ın 60 illiyinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.


Müəllif: Cavad

Oxşar xəbərlər