Türkiyə və ABŞ Suriyadan ordusunu çıxarmalıdır.
Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
O bildirib ki, başqa dövlətlərin ordusu dərhal və şərtsiz ölkədən getməlidir:
“Türkiyə və ABŞ əsgərlərinin bölgədəki mövcudluğu Suriya üçün açıq təhdiddir”.
Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyev də ABŞ əsgərlərinin Suriyada qalması üçün heç bir səbəbin olmadığını bildirib.
O, qeyd edib ki, Rusiya Suriyada terrorçuluğa son qoyub və bu ölkədə sülh danışıqlarının başlanması üçün yaxşı imkan yaranıb.