24 Dekabr 2017 16:39
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Deputatlarımız, eyni zamanda, icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər