Tiflisin Rusiyaya qarşı NATO strategiyasına qoşulması Moskvanı təəssüfləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
O bildirib ki, bu addım Gürcüstanın təhlükəsizliyini möhkəmləndirmir:
“Gürcüstan qonşuları ilə əlaqələri yaxşılaşdırmaq əvəzinə, NATO ilə yaxınlaşır”.
Qeyd edək ki, ABŞ-ın Gürcüstandakısəfiri Yan Kelli Vaşinqton ilə Tiflis arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması ilə bağlı açıqlama vermişdi.