ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra hərəkətə keçən Türkiyə rəhbərliyi İslam Əməkdaşlığı Təşkilatında və BMT Baş Assambleyasında istədiyi nəticəni əldə edə bildi.
Teleqraf.com xəbər verir ki, bu nəticələrdən sonra Ankara yeni Qüds planı hazırlayıb.
Plan 5 addımdan ibarətdir. Atılacaq addımlar bunlardır:
1. Fələstini dövlət olaraq daha çox ölkə tanımalıdır;
2. Şərqi Qüds Fələstin dövlətinin paytaxtı kimi qəbul edilməlidir;
3. Qüdsün iqtisadiyyatı gücləndirilməlidir;
4. İslam Əməkdaşlıq Təşkilatı sülh prosesinə daxil olmalıdır;
5. İki dövlətli həll qəbul edilməlidir.