27 Dekabr 2017 11:25
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəsmiləri İordan çayının qərb sahilləri ilə bağlı “işğal altında” ifadəsini işlətməkdən çəkinməlidirlər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın İsraildəki səfiri Devid Fredman deyib.

İsrail televiziyasına danışan səfir bu təklifi hələlik ABŞ Dövlət Departamentinin qəbul etmədiyini söyləyib: “Ancaq yüksək vəzifəli məmurların təkidi ilə məsələ müzakirə olunacaq”.

Fredman məsələnin müzakirə ediləcəyi vaxtı açıqlamayıb.


Müəllif: Samir

Oxşar xəbərlər