27 Dekabr 2017 19:59
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Duqin Türkiyə mediasına verdiyi qalmaqallı müsahibəsində də bu fikirlərini ifadə etmişdi. O, mütəmadi olaraq media və televiziyada danışır, Azərbaycanın işğal edilən 5 rayonunun geri qaytarılmasından bəhs edir. Ancaq nə mexanizmləri, nə də işğal altındkı digər ərazilərimizlə bağlı məsələni dilə gətirir.

Bu fikirləri politoloq Elçin Mirzəbəyli rusiyalı mütəxəssis, Kremlin ideoloqi kimi təqdim edilən Aleksandr Duqinin son açıqlamalarını Teleqraf.ccom-a şərh edərkən deyib.

Mirzəbəyli deyib ki, bəzən belə arzular Azərbaycanın suveren maraqlarına uyğun gəlməyə bilər:

“Ümumiyyətlə, Duqin “yaxşı polis” rolunu oynayır. Son dövrlər Moskvanın siyasətində ənənəvi olaraq amerikanlara xas olan “yaxşı polis”-“pis polis” obrazları var. Bir tərəfdən Rusiyanın müəyyən qrupları Azərbaycanla bağlı sərt çıxış edir, az sonra Duqin, Markov və başqaları fərqli fikirlər səsləndirməyə çalışır. Əslində isə bunların hamısı bir mərkəzdən idarə olunur. Məqsəd isə hədəfə aldıqları ölkənin ictimai rəyinə işləməkdir. Duqinin fikirləri də ictimai rəyə hesablanan mesajlardır. Bu fikirlərin əsasında ciddi arqument və element yoxdur. İndiki halda Duqin Moskvaya haqq qazandırır. Deyir ki, Ermənistan işğal altında olan 5 rayonun Azərbaycana qaytarılmasına razı deyil, bu prosesi gecikdirir və s. Əslində bu absurd yanaşmadır. Aydındır ki, Rusiyanın razılaşdığı istənilən yanaşma ilə Ermənistan razılaşmaya bilməz. Çünki bunun üçün Ermənistanın potensialı və imkanı yoxdur”.

Politoloq əlavə edib ki, Azərbaycan tərəfinin də hansısa məqamlarla razılamadığı mümkün görünə bilər:

“Azərbaycanın hədəfləri bəllidir. Azərbaycan ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasını istəyir. Sözsüz ki, bu proses mərhələli formada həyata keçirilə bilər, amma ortada mexanizm olmalıdır. Üstəlik hansı kompramisdən söhbət gedir, Rusiyanın istək və arzuları nədən ibarətdir? Şübhəsiz ki, bunlar açıq ortaya qoyulmalıdır. Duqinin mesajları və detallar haqda məlumat alırıq. Lakin istənilən halda münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası prinsipi ilə öz həllini tapmalıdır. Ölkəmizin süveren hüquqlarını məhdudlaşdıracaq hər hansı bir kompromisdən söhbət gedə bilməz”.

Xatırladaq ki, rusiyalı politoloq Aleksandr Duqin son müsahibələrindən birində deyib ki, Ermənistanın işğal etdiyi 5 rayon Azərbaycana qaytarılmalıdır. Duqinə görə, istənilən konfliktin həllində iki mərhələ vacibdir: “Nəzəri həllin tapılması və ardınca implementasiya. Yəni həllin həyata keçirilməsi. Əslində nəzəri cəhətcə sıçrayış bir ildən çoxdur ki, baş verib. 5 rayonun Azərbaycana verilməsi haqda qərar 2016-cı ildə işlənib. Bu həllin nəzəri paradiqması bütün tərəfləri qan edir. Digər regional dövlətlər, hətta Qərb də ona qarşı deyil. Bunun həyata keçməsini isə yalnız erməni tərəfi ləngidir. Serj Sərksiyan hər dəfə bu implementasiyanı uzadır”.


Müəllif: Cavad

Oxşar xəbərlər