28 Dekabr 2017 17:24
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Çoxsaylı kollektivimizin hər bir üzvünün adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxt və firavan həyat diləyirəm.

Fürsətdən istifadə edərək dövlətimizin hərtərəfli dayanıqlı inkişafı, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuzunun təmin edilməsi və xalqımızın tərəqqisi naminə gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, ali vəzifədə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayıram”.

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə - istedadlı, praqmatik və müdrik dövlət xadiminə, təcrübəli diplomata və Azərbaycan dövlətinin liderinə bir daha səmimi hörmətimi və minnətdarlığımı bildirirəm.

Sizin ardıcıl, balanslaşdırılmış və çoxvektorlu siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın əsl regional liderinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub.

Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Məhz Sizin praqmatik və müdrik siyasi strategiyanız sayəsində Azərbaycan dövləti bu cəmiyyətin həyat tərzinə çevrilmiş tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternativi olan multikulturalizmin ən yaxşı modelidir.

Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyiniz, bütün konfessiyalara və Azərbaycanda yaşayan bütün xalqlara hörmətli münasibətiniz sayəsində həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmalarının çox hissəsinin hörmətini qazanmısınız.

Sizə və Sizin gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm”.

***

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Sizi ad gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Zati-alinizin yorulmaz səyləri sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

Sizin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq platformasının qurulması, multikulturalizm ənənələrinin inkişafı, sülh və tolerantlığın təmin olunması istiqamətində fəaliyyətiniz Azərbaycanın regionun inkişaf etmiş, təhlükəsiz dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayıb.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.


Müəllif: Teleqraf.com