ABŞ Prezidenti Donald Tramp son günlər İranda baş verən etiraz aksiyaları haqqında danışıb.
Teleqraf.com-un xəbərinə görə, o, İranla bağlı fikirlərini özünün Tvitter hesabında açıqlayıb.
Tramp qeyd edib ki, İran hakimiyyəti öz xalqının hüquqlarını tanımalıdır:
“İran xalqı ölkənin sərvətinin xaricdə terrorizmə xərclənməsindən boğaza yığılıb. İran vətəndaşlarının dinc etiraz aksiyaları ilə bağlı xəbərlər gəlir. Ölkə hakimiyyəti özünüifadə hüququ da daxil olmaqla xalqın bütün hüquqlarına hörmət göstərməlidir. Dünya bu prosesi izləyir”.
Ağ Evin sözçüsü Sara Sanders Donald Trampın sözlərini İrandakı etiraz aksiyalarına ABŞ-ın mövqeyi kimi dəyərləndirib.