5 Yanvar 2018 22:07
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin “İŞİD-lə münasibət qurmusunuzmu, Suriyaya silah göndərdiyiniz üçün peşmansınızmı” suallarına sərt reaksiya verib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Ərdoğan jurnalistin FETÖ terror təşkilatının sözünü danışdığını söyləyib.

Türkiyə prezidenti fransız jurnalistə “Sən mənə sualı bu cür verirsən, bəs ABŞ-ın göndərdiyi silahlar barədə niyə soruşmursan? Jurnalistsən axı!” deyə sərt şəkildə təpki göstərib: “Bu haqda niyə yazmırsan? İlk növbədə sən FETÖ-nün sözünü danışırsan. O əməliyyatı aparanlar indi içəridədir. Sual verəndə bu məsələyə həssas yanaşın. Bunları heç kəs rahat şəkildə həzm etməz. FETÖ-nün sözünü deməməyi öyrənin”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər