Türkiyə xalqı Avropa İttifaqına üzvlüklə bağlı sonsuz danışıqlardan yorulub.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə Fransalı həmkarı Emmanuel Makron ilə birgə mətbuat konfransında bildirib.
"Ola bilsin ki, bizi nəticədə, müəyyən addım atmağa məcbur edəcəklər. Ankara Avropa İttifaqına qəbul olunmasını daim xahiş etmək niyyətində deyil" - deyə, Ərdoğan bildirib.