Fransa səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, jurnalistin “İsrail üçün təhlükə yarada biləcək ölkələrin məqsədyönlü şəkildə zəiflədildiyi iddia olunur. Hazırda İranda iğtişaşlar davam edir. Bildirilir ki, Suriya, İraq və İrandan sonrakı hədəf Türkiyədir. Belə bir risk görürsünüzmü?” sualına R.T.Ərdoğan sərt cavab verib.
Türkiyə Prezidenti bildirib ki, ölkəsi deyilən iddialara, ehtimallara yox, öz hədəflərinə doğru istiqamətlənməlidir:
“Türkiyəni əsla zəif olaraq görmürəm və gələn təhdidlərdən də çəkinmirik. Biz vurduqmu, oturduruq. Nə PKK, nə də YPG heç nə edə bilməz. Biz Allaha inanırıq və buna görə də üstünük”.