18 Yanvar 2018 23:17
4 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yekununda Ermənistanın xarici işlər naziri məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər