Milli Məclisin deputatı Cavanşir Feyziyev yanvarın 29-dan fevralın 1-dək Belçikanın paytaxtı Brüsseldə, fevralın 5-dən 8-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.
Teleqraf.com Milli Məclisin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində millət vəkili Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycanla təşkilat arasında əlaqələrin hazırki durumu, əməkdaşlığın inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərin möhkəmlənməsində rolu və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.