Bu gün Finlandiya və Cənubi Kiprdə prezident seçkiləri keçirilir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Finlandiyada keçirilən sorğulara əsasən, hazırkı prezident Sauli Niinistenin qələbə qazanacağı gözlənilir. Onun ən yaxın rəqibi Yaşıllar Partiyasının namizədi Pekka Xaaviston olub.
Cənubi Kiprdə seçki məntəqələri yerli vaxtla 07:00-da açılıb və 18:00-da bağlanacaq. Seçkilərin ilk mərhələsini keçmək üçün namizədin 50 faizdən çox səs toplaması vacibdir. Bu ölkədə keçirilən seçki prosesində 9 namizəd iştirak edir.