Ermənistanda keçiriləcək prezident seçkilərində hakim Respublikaçılar Partiyasından namizədliyini irəli sürməyə hazırlaşan Armen Sərkisyan inauqurasiya mərasiminə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.
Bildirilib ki, Sərkisyan seçkilərdə qələbə qazanmış kimi davranaraq, and içmə mərasiminə dəvət ediləcək qonaqları da müəyyənləşdirib:
“Qonaqlar arasında Böyük Britaniya şahzadəsi Çarlz da var”.