Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib.
Teleqraf.com-un məlumatına görə, A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.
O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib:
"Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.
/Report/