Avropa Birliyinin xarici əlaqələr üzrə nümayəndəsi Federika Moqerini Türkiyə, İran və Rusiyaya məktub göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məktubda Moqerini Suriyada müharibənin dayandırılmasını təmin edəcək bütün addımların atılması ilə bağlı hər üç ölkəyə çağırış ünvanlayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının fevralın 24-də Suriyada 30 günlük atəşkəslə bağlı qərarına baxmayaraq, son 24 saatda Şərqi Qutaya edilən hücumlar nəticəsində 107 dinc sakin həlak olub.