İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüşü barədə danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, görüş zaman İranın fəaliyyətinin müzakirə edildiyini bildirib:
“Biz İsrail üçün bir çox vacib məsələləri müzakirə etdik. Ən əsas məsələ təhlükəli və aqressiv İranla bağlı oldu. Biz İranın dayandırılması üçün addımlarla bağlı fikir mübadiləsi apardıq”.
Qeyd edək ki, dünən baş tutan görüşdə Tramp ABŞ-ın İsraildə yerləşən səfirliyinin Qüdsdəki açılış mərasimində şəxsən iştirak edə biləcəyini deyib.