10 Mart 2018 14:25
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümüzü statistik rəqəmlərlə aldatmayaq.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa son 3-4 ildə abort elətdirən məktəblilərin sayının açıqlanması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, göstərilən rəqəm hələ azdır:

“Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər.

Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər