13 Mart 2018 14:41
4 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müstəqilliyi və suverenliyi Rusiya-İran münasibətlərinin genişləndiyi zamanda ABŞ üçün əvəzsizdir.

Bunu ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun ABŞ-ın "Washington Times" nəşrində dərc edilən "Azərbaycan - əsas müttəfiq" adlı məqaləsində deyilir.

"Çox az sayda postsovet ölkəsi ABŞ üçün Cənubi Qafqazda uzunmüddətli strateji maraqlar baxımından Azərbaycan qədər əhəmiyyət kəsb edir. Azərbaycan əsas güclərə münasibətdə xarici siyasətində mükəmməl balans saxlamaqla nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa can atır. Bundan başqa, müstəqil Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovetlər İttifaqının nəzarəti altında olan əraziləri yenidən Moskvanın nəzarəti altına salmaq məqsədinə maneədir", - müəllif qeyd edib.

C.Lions vurğulayıb ki, Qərbin güclü dəstəyi və bilavasitə iştirakı ilə Azərbaycanın strateji Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin tikintisində Gürcüstan və Türkiyə ilə əməkdaşlığı rəsmi Moskvanın Avropanı enerji təchizatı ilə şantaj etməsinin qarşısının alınmasında həlledici əhəmiyyətə malikdir: "Qafqaz, o cümlədən Azərbaycan neft və qaz kimi resursların tranzit dəhlizi, eləcə də bütün regionlar arasında əhəmiyyətli nəqliyyat marşrutların kəsişməsi kimi böyük geostrateji əhəmiyyətə malikdir".

Müəllif qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər inkişaf edir, amma bu tərəfdaşlığı pozmaq cəhdləri var".

O həmçinin Ermənistanın böyük və nüfuzlu lobbisini regionda faktor kimi göstərir: "Ermənistanın de-fakto Rusiyanın nəzarətindən çıxmağa imkanı yoxdur".

Admiral eyni zamanda ermənilərin SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağla bağlı ərazi iddiası irəli sürdüklərini, bu ərazidə, o cümlədən Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə apardığını xatırladır: "Bu, soyqırım aktı idi. Ancaq ABŞ və Avropada ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərən erməni lobbisinin fəaliyyəti səbəbindən Sumqayıt və Xocalı hadisələrinin tarixini dəqiq aşkar etmək çətindir. ABŞ ilə münasibətlərin (Azərbaycanın - red.) daha da pisləşməsinin qarşısını almaq üçün bu kampaniya ifşa olunmalıdır"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər